Kiprdə Erməni Muzeyi inşa ediləcək. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Kipr Respublikası Prezidentinin Xarici İşlər və Humanitar Məsələlər üzrə Komissarı Fotiou Fotis bildirib ki, bütün maliyyəni Avropa Birliyinin edəcəyi gözlənilir: “Bu muzey təkcə erməni icması üçün deyil, həm də Ermənistan və Kiprə gələn hər bir insan üçün vacib olacaq”.
Bu açıqlamalar Diaspor İşləri üzrə Baş Komissar Zare Sinanyanın Kiprdə işgüzar səfər çərçivəsində Kipr Respublikası Prezidentinin Xarici İşlər və Humanitar Məsələlər üzrə Komissarı Fotiou Fotis ilə görüşündə bildirilib.
Zare Sinanyan muzey inşa edilməsi ideyasını alqışlayıb və kömək etməyə hazır olduğunu bildirib. Daispor rəsmisinin sözlərinə görə, Ermənistan və Kiprin tarixi icmaları iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli dərəcədə töhfə verir və diaspor sahəsində birgə iş yeni müstəviyə çıxacaq. “Kipr dövlətinin erməni icmasına münasibəti müstəsna və parlaq bir nümunədir və bu, bu ölkənin yüksək dəyər sistemindən xəbər verir”, – deyə Zare Sinanyan vurğulayıb.
Sonra görüş üçtərəfli formatda davam edib və Yunanıstan Diasporu üzrə Yunanıstan Xarici İşlər Nazirinin müavini Antonis Diamatris də tərəflərə qoşulub.
Leyla ŞİRMƏMMƏDOVA