Kirayə mənzil axtaranların nəzərinə! – Bu yolla aldadıla bilərsiniz / VİDEObackend

Kirayə mənzil axtaranların nəzərinə! - Bu yolla aldadıla bilərsiniz / VİDEO

Yeni tədris ilinə sayılı günlərin qalması kirayə mənzil bazarını canlandırıb.

KONKRET.az xəbər verir ki, bir çox bölgələrdən Bakıya tələbələrin gəlişi kirayə evlərin qiymətinin artımı ilə yanaşı bəzi fırıldaqçılıq hallarına da yol açıb.

Xüsusən də birinci kursa qəbul olan tələbələrin valideynləri şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəzər Xəbər”ə bildirib ki, kirayə ev axtaran tələbələr özləri mənzili görməli və seçim etməlidirlər. Əks halda fırıldaqçıların qurbanına çevirilə bilərlər.

Onun sözlərinə görə, hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların toruna düşür.

Ekspert əlavə edib ki, xüsusilə də 1-ci kurs tələbələrini hədəf alan bu dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.

O tövsiyə edib ki, tələbələr və digər şəxslər sahibindən kirayə qalacaqları mənzillərin sığortalanmasını tələb etsinlər. Bu halda orada hansısa bir sığorta hadisəsi baş verərsə, dəymiş zərəri mənzildə qalanlar deyil, sığorta şirkətləri qarşılayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*