Kirayə tutduqları evin divarlarından qan sızdı – VİDEObackend

Kirayə tutduqları evin divarlarından qan sızdı - VİDEO

Braziliyanın Parana əyalətinin Kambe şəhərində ev kirayələyən ailə orada baş verən hadisə səbəbindən günlərdir yata bilmir.

KONKRET.az “Haberler.com”-a istinadən xəbər verir ki, ailə evin divarlarından sızan qan səbəbiylə böyük panika yaşayıb. Yayılan videoda divarın hər tərəfindən qan sızdığı görünür.

Ailə üzvləri əvvəlcə ev sahibinə, daha sonra isə səlahiyyətli qurumlara məlumat veriblər.

Braziliyanın məşhur televiziyası RİC-ə açıqlama verən ailənin qızı qanın kimə aid olduğu araşdırmalardan sonra bəlli olacağını bildirib.

Yayılan video qısa zamanda sosial mediada böyük əks-səda doğurub. Sosial şəbəkə istifadəçiləri qanın borulardan gəlmə ehtimalının olduğunu bildiriblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*