İkinci mərtəbədən yıxılıb ölən kişinin kimliyi məlum oldu – YENİLƏNİBbackend

İkinci mərtəbədən yıxılıb ölən kişinin kimliyi məlum oldu - YENİLƏNİB

Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, Xaçmazın Köhnə Xaçmaz kənd sakini, 1974-cü il təvəllüdlü Səhman Habil oğlu Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

21:20

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Məkan” adlı kafesində qeydə alınıb.

Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*