Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova işdən vəzifədən azad olunub.
KONKRET.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırıldıqdan sonra bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, sözügedən görüntülərdə V.Əmiraslanovanın məktəbin kişi müəllimi ilə dərs saatı ilə bağlı mübahisə etdiyi, bu zaman qarşı tərəfi təhqir etdiyi əks olunub.
