Hüquq-mühafizə orqanları Kiyev İslam Mədəniyyət Mərkəzi məscidinin yaxınlığında reyd keçirib, ziyarətçilərdən sənədləri yoxlayıblar.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Umma” Ukrayna Müsəlmanları Ruhani İdarəsinin müftisi Səid İsmaqilov “Facebook”da yayıb. Onun sözlərinə görə, polis əməkdaşları 25 nəfəri aparıblar. “Əvvəllər mən Rusiya hökumətini məscidlərin üstünə basqın etdiyinə görə tənqid etmişdim, bu gün isə eyni hadisə Kiyevdə baş verib”, – deyə o yazıb. İsmaqilov qeyd edib ki, cümə günü müsəlmanlar üçün xüsusi namaz günüdür, hamı məscidə gedir. O bildirib ki, saat 12:00 radələrində Namaz qılınan məscidə Dövlət Miqrasiya polisinin əməkdaşları ilə Milli Polis Təşkilatının müşayiəti ilə iki avtobus gəlib. Onlar 40 nəfər idilər.
KONKRET.az
