NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Kiyev sülhün bərqərar olması üçün ərazisinin bir hissəsini verməli olacaq.
KONKRET.az xəbər verir ki, o, bu barədə Finlandiya prezidenti Sauli Niiniste ilə keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət Dumasının deputatı və politoloq Anatoli Vasserman ritorikanın Qərbdən niyə belə bir ritorikanın gəldiyini izah edib.
“Qərb Ukraynadakı vəziyyətin ümidsizliyini dərk edib. Köhnə bir qayda var. Müharibədə qalib gəlmək mümkün deyilsə, daha az itki vermək və ən qısa zamanda bitirmək lazımdır”.
“Əsas vəzifə artıq həll olunub. Məhz, Avropa İttifaqının Rusiyanın resurslarından məhrum olması onları belə bir addım atmağa məcbur edir. ABŞ təzyiqlərini dayandırdıqda belə, Avropa Birliyi ucuz təchizatını tam bərpa edə bilməyəcək. Bu məqsədə çatandan sonra hərbi əməliyyatları dayandırmaq olar” – Vasserman vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
