Kiyev universitetində rus dilində danışmaq rəsmən QADAĞAN EDİLDİbackend

Kiyev universitetində rus dilində danışmaq rəsmən QADAĞAN EDİLDİ

Kiyev-Mohyla Akademiyası rus dilində danışmağı rəsmən qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə universitetin müşahidə şurasının üzvü, Ukrayna baş nazirinin keçmiş müavini Gennadi Zubko bildirib.

Zubko qeyd edib ki, qadağa hamıya – müəllimlərə, tələbələrə və inzibati heyətə şamil edilir.

Qeyd edək ki, Kiyev-Mohyla Akademiyası Ukraynanın ən nüfuzlu ali təhsil müəssisəsidir və ölkənin ən qədim universitetlərindən biridir.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Nikolayev vilayətinin məktəblərində rus dilindən istifadə qadağan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*