Kiyevdə 760-dan çox mülki şəxs öldürülübbackend

Kiyevdə 760-dan çox mülki şəxs öldürülüb

Ukraynanın paytaxtının yerləşdiyi Kiyev vilayətində indiyədək 760-dan çox mülki şəxs öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov bu gün BFM TV telekanalının efirində danışıb.

O bildirib ki, ölən şəxslərin əksəriyyəti Buçada qətlə yetirilib.

Bundan əvvəl Buça şəhərinin meri Anatoli Fedoruk 403 yerli sakinin rus işğalçıları tərəfindən öldürüldüyünü açıqlamışdı. O əlavə edib ki, hələ də itkin düşmüş hesab edilən 16 nəfər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*