Kiyevdə polis masaj salonları kimi fəaliyyət göstərən fahişəxanaların fəaliyyətini dayandırıb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı paytaxt polisinin mətbuat xidməti yayıb.
“Salonun əməkdaşları internetdə erotik masaj xidmətlərinin elanlarını yerləşdirməklə müştəri toplayıblar”, – deyə məlumatda bildirilir.
Polislər “masaj salonları”nda axtarış apararaq real sübut kimi pul, mobil telefonlar, qeydlər və erotik oyuncaqlar götürüblər.
“Baş təşkilatçı, Dnepropetrovsk vilayətinin 38 yaşlı sakini cinsi xidmətlərin göstərilməsilə məşğul olurmuş və mənfəətin 65% – ni alırmış. Bundan başqa, o, güzgüyə quraşdırılmış gizli videokamera vasitəsilə fahişələrin xidmətlərindən istifadə edən müştərilərin qanunsuz videoçəkilişini təşkil edirmiş”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, müştərilər qızlarla bir saat əylənmək üçün 650-dən 10 min qrivenədək ödəyirmişlər. Salonların bütün dövrlərdə qazancı 17 milyon qriven təşkil edib.





KONKRET.az
