Kiyevdən sonra Moskvaya – Orban Putinlə Ukraynanı müzairə edəcəkbackend

Kiyevdən sonra Moskvaya - Orban Putinlə Ukraynanı müzairə edəcək

Macarıstan Baş naziri Viktor Orban Rusiyaya işgüzar səfər edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Orbanın mətbuat katibi açıqlama yayıb.

Macarıstan Baş nazirinin təyyarəsi Moskvanın “Vnukovo-2” hava limanına enib.

Orbanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.

Mövzu ilə bağlı açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının digər məsələlərlə yanaşı, Ukrayna böhranı mövzusuna da toxunacaqlarını bildirib.

Xatırladaq ki, Viktor Orban bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə görüşüb və və onu münaqişənin həlli üçün danışıqlardan əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyə çağırıb.

Orxan

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*