Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıbbackend

Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb

Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Ukrayna Milli Polisindən bildirilib ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.

O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.

Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*