Kliçkodan Kiyev əhalisinə XƏBƏRDARLIQ: “İsti paltar və yorğan tədarükü görün”backend

Kliçkodan Kiyev əhalisinə XƏBƏRDARLIQ: "İsti paltar və yorğan tədarükü görün"

Kiyev əhalisinə istiliklə bağlı xəbərdarlıq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri  Vitali Kliçko Ukrayna nəşrlərindən birinə müsahibəsində deyib. Kiyev meri şəhər sakinlərini isti paltarlar və yorğan yığmağa çağırıb. O bildirib ki, qışda elektrik təchizatında fasilələr ola bilər.

“Hər kəsdən isti ev paltarları, isti yorğanlar hazırlamağı xahiş edirəm. Çünki evlərdə havanın temperaturunun normadan bir neçə dərəcə aşağı olacağını istisna etmirik. Norma 21 dərəcə, bəlkə də 19 və ya 18 dərəcə ola bilər”, – deyə Kliçko bildirib.

Mer elektrik enerjisinin kəsilməsinin də mümkün olduğunu vurğulayıb, lakin əlavə edib ki, bu iş üçün generatorlar var. Onun sözlərinə görə, ehtiyatları qısa müddətə kifayət edəcək və problemi tez həll etmək lazımdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*