Koçaryan Ermənistanı tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan erməni mətbuatına bildirib.
Ermənistanın ikinci prezidenti Robert Koçaryan avqustun 29-dək Ermənistandan kənarda olacaq.
Koçaryanın vəkillər komandası növbəti məhkəmə iclasının sentyabrın 20-nə təyin edildiyini nəzərə alaraq icazə almaq üçün məhkəməyə müraciət ediblər.
Mikoyan Koçaryanın səfəri özəl olduğundan dəqiq hara getdiyi açıqlamayıb. Məlumata görə, o, Rusiyaya getməyib.
Xuraman Etibarlı,
KONKRET.az
