Koçaryan mitinqdə elan etdi: Hər şey məhv oldubackend

Koçaryan mitinqdə elan etdi: Hər şey məhv oldu

Ermənistan ərazi itkisi ilə yanaşı, Qarabağ məsələsi üzrə bütün “kozır”ları xərclədi.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan keçmiş prezidenti Robert Koçaryan bu gün İrəvanda keçirilən mitinqdə deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində “qələbədən” sonra İrəvanın ciddi diplomatik rıçaqları var idi:

“Bütün bunlar indi yoxdur. Bir nəfər qərara gəldi ki, şəxsi nöqteyi-nəzərindən danışıqlara başlayacaq. O, danışıqlarda bütün bizim üstünlüklərimizi, qələbəmizi məhv etdi. Danışıqlar kompromislərə əsaslandıqda uğurlu olur, amma indi bu kompromis üçün bizdə nə var? Heç nə qalmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*