Ermənistanda bu problemin tez bir zamanda həll oluna bilməyəcəyinin fərqinə varmadan, əsirləri geri qaytarmaq məsələsi qaldırılır”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Mənim addımım” fraksiyasının üzvü, parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Andranik Koçaryan bu gün parlamentdəki açıqlamasında bildirib. Onun sözlərinə görə, hərbi əsirlər mövzusunda spekulyasiya, bu mərhələdə xain və cinayətkarların axtarışı tamamilə yersizdir. Hərbi əsirlərin qaytarılmasından sonra müharibə təhlil ediləcək, dərslər çıxarılacaq. “Buna baxmayaraq, bu mərhələdə məğlubiyyətin əsas səbəbinin laqeydlik olduğunu inamla söyləmək mümkündür. Son illər ərzində bütün güc strukturlarında laqeydlik mühiti formalaşdı və təəssüf ki, orduya sızdı”, – deyə Koçaryan vurğulayıb.
KONKRET.az
