“Köhnə avtomobil 8 ildir mənim ürək sirdaşımdır, satmağı düşünmürəm” – Sərvər Bəşirli DANIŞDIbackend

“Köhnə avtomobil 8 ildir mənim ürək sirdaşımdır, satmağı düşünmürəm” – Sərvər Bəşirli DANIŞDI

“Rusiyadan bir nəfər prodüser Tarix Əliyevə zəng edib bildirib ki, Sərvərə maşın hədiyyə etmək istəyirəm. Birinci gün verilişdə təqdim edəcəklər. Bildiyim məlumat budur. Bu yardımı da qardaş ölkəyə etməli idilər. Mənim ən azı maşınım var”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə öz köhnə avtomobili ilə yardım aparan və günün qəhrəmanına çevrilən Azərbaycan vətəndaşı Sərvər Bəşirli səsləndirib. O bildirib ki, hansı markalı avtomobil hədiyyə olunduğundan xəbərsizdir: “Hər kim hədiyyə edirsə, Allah ürəyincə versin. Birinci gün verilişə çıxacam. Qardaş Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım lazım olduğu haqda paylaşımlar edildi. Mən də əlimdən gələn köməyi etməyə çalışdım”.

Sərvər Bəşirli öz avtomobilinin onun üçün çox dəyərli olduğunu dilə gətirib: “Mənim avtomobilim tamam başqa versiyadır. Mən bu addımı maşın üçün atmamışam. Günün fotosu seçilməyimdən də xəbərim olmayıb. Evə qayıdanda görmüşəm. Köhnə avtomobil 8 ildir mənim ürək sirdaşımdır. Bu, mənim üçün böyük maşındır, dəyərsizdir. Ona görə də, satmağı düşünmürəm, yenə də sürəcəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*