Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaqbackend

Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq

9 illik ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçimi avqustun 3-də başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər ixtisas seçimini avqustun 9-dək həyata keçirə biləcəklər.

DİM tərəfindən həmçinin “Abituriyent” jurnalının 3-cü nömrəsi və 9 illik təhsil bazasında kolleclərə 2025-ci il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*