“Təəsüf ki, İlyas bəyin səhhətində son bir həftə ərzində heç bir irəliləyiş olmayıb”.
KONKRET.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov deyib.
O, İlyas İsmayılovun hazırda reanimasiyada olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən il Ədalət Partiyasının sədri, keçmiş Azərbaycan SSR Prokuroru və Azərbaycanın sabiq ədliyyə naziri İlyas İsmayılovun səhhətində problemlər yaranıb.
Komaya düşən partiya sədrinə həkimlər insult diaqnozu qoyub.
KONKRET.az