Köməkçisi Mübariz Mənsimovun saxlanıldığını təsdiqlədi – Yenilənibbackend

Köməkçisi Mübariz Mənsimovun saxlanıldığını təsdiqlədi - Yenilənib

Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə KONKRET.az-a M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

=======================================================================================

“Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.

Şübhəli şəxs kimi saxlanılan iş adamının evində axtarış aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*