“Kommersant”: Ermənistan suyu ilə İranın enerji layihəsi arasında hansı əlaqə var?backend

“Kommersant”: Ermənistan suyu ilə İranın enerji layihəsi arasında hansı əlaqə var?

Rusiya Ermənistandan idxal olunan 70 mindən çox butulka içməli su və qazlı içkinin satışını dayandırıb.

KONKRET.az xəbər verir ki, “Kommersant” nəşri yazır ki, Rusiya tərəfi qərarın səbəbi kimi istehsalçının məhsullar üçün müəyyən edilmiş məcburi tələbləri pozmasını göstərib. Rəsmi açıqlamada bildirilib ki, bu addım Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədi daşıyır.

Nəşrin məlumatına görə, 2026-cı ilin avqust ayına olan vəziyyətə əsasən, Ermənistanın kənd təsərrüfatı ixracının və qida məhsullarının əsas hissəsi müxtəlif məhdudiyyətlərlə üzləşib. Moskva bunu fitosanitar və digər tələblərin pozulması ilə izah edir.

“Kommersant” qeyd edir ki, bu hadisə Nikol Paşinyanın Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunmasından dərhal sonra baş verib. Nəşr bunu Rusiya-Ermənistan münasibətlərində gərginliyin yeni mərhələsi kimi qiymətləndirir.

Məqalədə vurğulanır ki, Paşinyan Rusiyanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək tələblərinə tabe olmayacağını bildirib. Ermənistan hökumətinin rəhbəri həmçinin Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsində təşkilatın qaydalarına istinad edib və Rusiyadan Ermənistan dəmir yolunun istifadəsinə görə illik 2 milyard dollar tələb edə biləcəyini açıqlayıb.

“Kommersant” hesab edir ki, bundan sonra Moskva ilə İrəvan arasında münasibətlər daha da pisləşə bilər. Nəşr Rusiya hərbi bazasının Ermənistanda qalması məsələsinin də gündəmə gələ biləcəyini yazır.

Məqalədə həmçinin Ermənistanın İranla həyata keçirdiyi “qaza qarşı elektrik enerjisi” layihəsinə diqqət çəkilir. Bildirilir ki, bu əməkdaşlıq İrəvana enerji sahəsində Rusiyadan asılılığı azaltmağa imkan verir.

Qeyd olunur ki, İranın özü də elektrik enerjisinə ehtiyac duyur və Ermənistanla bu istiqamətdə əməkdaşlıq Tehran üçün də strateji əhəmiyyət daşıyır.

“Kommersant” yazır ki, formal olaraq Ermənistan suyunun bu enerji layihəsi ilə birbaşa əlaqəsi yoxdur. Lakin Rusiya-Ermənistan münasibətlərində artan gərginlik fonunda bu hadisələr fərqli şəkildə qiymətləndirilə bilər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*