Konstantin Kosaçev: “Bakının mövqeyi ehtirama layiqdir”backend

Konstantin Kosaçev: “Bakının mövqeyi ehtirama layiqdir”

“Bakının mövqeyi ehtirama layiqdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.

O daha sonra deyib: “Azərbaycan Ermənistanla münaqişədə nümayiş etdirdi ki, bu ölkə müstəqil şəkildə milli qüvvələri ilə öz təhlükəsizliyini təmin etməyə qadirdir.

Bu gün aydındır ki, Azərbaycanın nə vasitəçilərə, nə də hərbi müttəfiqlərə ehtiyacı yoxdur. Bu, böyük hörmət tələb edən bir mövqedir.

Bakı və Moskvada ortaq bir anlayış var ki, Cənubi Qafqaza müdaxilə edən regiondankənar oyunçular sabitliyin pozulmasından başqa heç nə gətirə bilməzlər. Xoşbəxtlikdən, bu məsələdə Moskva və Bakının mövqeləri tamamilə üst-üstə düşür”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*