Konstitusiya Məhkəməsi Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul etdibackend

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*