“ABC-Telecom” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
KONKRET.az xəbər verir ki, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə oktyabrın 9-da baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: MMC “Kontakt-Home” əmtəə nişanının sahibidir.//Pravda.az