Daha çox tədqiqat aparılması koronavirus pandemiyasının dünyanın müxtəlif yerlərində ayrı-ayrı yoluxma hallarına səbəb olduğunu göstərir.
KONKRET.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi “Sinxua” xəbər agentliyinə müsahibəsində bildirib.
“Çində naməlum koronavirus infeksiyası yayıldığı zaman rəsmi Pekin dərhal bir epidemioloji araşdırma aparmaq, patogenini müəyyənləşdirmək və virusun genomunu sıralamaq üçün əsas məlumatları dərc etmək üzrə hərəkətə keçdi”, – XİN rəhbəri qeyd edib. (axar.az)
