Koronavirus bütün dünyada gözlənilən ömür müddətini 2 ilə yaxın qısaldıbbackend

Koronavirus bütün dünyada gözlənilən ömür müddətini 2 ilə yaxın qısaldıb

“COVID-19 epidemiyası dünyada orta ömrü daha da qısaldıb”.

KONKRET.az xəbər verir ki, bu barədə ÜST-nin saytında verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesusun sözlərinə görə, bu epidemiya gözlənilən ömür uzunluğundakı 10 illik artımı cəmi 2 ildə geri çevirib. Ona görə də gələcək nəsilləri qorumaq üçün ölkələr qlobal epidemiya sazişi üzərində razılaşmalı olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının “Dünya Səhiyyə Statistikası 2024” hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri koronavirusdan ən çox təsirlənən yerlərdir. Hesabatda vurğulanıb ki, Amerika qitəsində ən çox görülən ölüm səbəbi bu virusdan qaynaqlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*