Koronavirus həbsxana iğtişaşlarına səbəb oldu: ölənlər var – FOTOLARbackend

Koronavirus həbsxana iğtişaşlarına səbəb oldu: ölənlər var - FOTOLAR

İtaliya həbsxanalarında məhkumlar ölkədə koronavirusun sürətlə yayılması səbəbiylə səlahiyyətlilər tərəfindən qoyulan bir sıra məhdudiyyətlərlə əlaqədar etiraz etməyə başlayıblar.

KONKRET.az xəbər verir ki, bir çox məhkumun təhlükəli epidemiyaya görə amnistiya tələb etdiyi 27 həbsxanada iğtişaşlar yaranıb. “Corriere della Sera” qəzeti iğtişaşların Milan həbsxanasında, “San Vittore” və Romada “Rebibbiya” türməsində, həmçinin Salerno, Neapol, Vercelli, Alessandriya, Foggia, Paviya və digər bir neçə İtaliya şəhərlərində qeydə alındığını yazır. Bəzi həbsxanalarda məhkumlar etiraz olaraq yerli tibb müəssisələrini ələ keçirməyə çalışıblar.

Modena şəhərinin həbsxanasında da iğtişaş baş verib. Təhlükəsizlik işçiləri onu zorla yatırmaq məcburiyyətində qalıblar. Nəticədə altı nəfər ölüb. Üç nəfər etirazçı Parma, Alessandriya və Veronadakı həbsxanalara göndərilib. Üç təhlükəsizlik işçisi və altı asayiş keşikçisi olmaqla daha 18 nəfər yaralanıb.

Foggiadaki həbsxanadan iğtişaşlardan yararlanan təxminən 50 məhbus qaçıb. Yerli hakimiyyət orqanları şəhər sakinlərinə bütün ticarət mərkəzlərinin, bankların və müəssisələrin bağlanmasının dayandırılması tələbi ilə müraciət ediblər. Tezliklə 30 məhkum hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Məhbusların dediklərinə görə, onlar “cəhənnəmdən daha pis” yaşayırlar – mümkün yoluxma qorxusundan mühafizəçilər onları tərk etməyə icazə vermədən 24 saat qapalı kameralarda saxlayıblar.

Xatırladaq ki, artıq İtaliyada 7,375-dən çox yeni virusa yoluxma hadisəsi qeydə alınıb, 622 nəfər artıq sağalıb, 366 nəfər isə ölüb. İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusla yoluxmanın qarşısını almaq üçün tədbirlərin gücləndirilməsinə çağıran sərəncam imzalayıb. Buna uyğun olaraq, infeksiyanın əsas ocaqlarının aşkarlandığı Lombardiya bölgəsi digər 14 şimal əyaləti də karantinə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*