Koronavirusa yoluxma sayı 173 milyona yaxınlaşır – STATİSTİKAbackend

Koronavirusa yoluxma sayı 173 milyona yaxınlaşır - STATİSTİKA

Dünyada 172 910 966 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, virusdan 3 717 320 xəstə ölüb, 155 622 721 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 174 752 nəfər), Hindistan (28 574 350 nəfər), Braziliya (16 803 472 nəfər), Fransa (5 694 076 nəfər) və Türkiyədir (5 270 299 nəfər).

İranda 2 945 100, Gürcüstanda 346 983, Ermənistanda isə 222 978 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (122 660 nəfər), İran (80 658 nəfər) və Türkiyədə (47 882 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 334 416 nəfərin 4 929-u ölüb, 325 863 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*