Koronavirusdan sonra bu peşələrə tələb artacaq – SİYAHIbackend

Koronavirusdan sonra bu peşələrə tələb artacaq - SİYAHI

Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq.

RT-nin xəbərinə görə, bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib.

Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq.

Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.

Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq.

Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq.

Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*