Koronavirusun daha bir sahəyə vurduğu zərər açıqlandıbackend

Koronavirusun daha bir sahəyə vurduğu zərər açıqlandı

Dünyanın əsas neft ixrac edən ölkələrinin yeni koronavirusun yayılması nəticəsində nə qədər zərərə uğradıqları açıqlanıb.

KONKRET.az-ın məlumatına TASS xəbər verir ki, bu barədə Dünya Bankının direktoru David Malpassla Vaşinqtondakı birgə mətbuat konfransı zamanı Beynəlxalq Valyuta Fondunun (İMF) idarəçi direktoru Kristalina Georgiyeva açıqlama verib.

Qeyd edilib ki, neftin ucuzlaşması səbəbindən ixracatçı ölkələr 10 milyard ABŞ dollarına yaxın ziyana uğrayıblar.

Koronavirusun yayılması nəticəsində neft hasil edən ölkələrin qarşılaşdığı çətinliklər barədə suala cavab verən İMF nümayəndəsi ilin əvvəlindən neftin 15%-dən çox ucuzlaşdığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*