Koroner ürək xəstəliyinin əsas SƏBƏBLƏRİbackend

Koroner ürək xəstəliyinin əsas SƏBƏBLƏRİ

Sidney Universitetinin (Avstraliya) alimləri 55-60 yaşlarında yüksək xolesterin və yüksək sistolik qan təzyiqinin ürək-damar xəstəliklərinin inkişafının əsas səbəbləri olduğunu aşkar ediblər.

KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələri “PLOS One” jurnalında dərc olunub.

Müəlliflər yüksək səviyyədə pis xolesterin olan 136 min britaniyalının, sistolik qan təzyiqi yüksək olan 135 min nəfərin və ürək-damar xəstəliyi olan 24 min insanın sağlamlıq məlumatlarını təhlil ediblər.

Alimlər bu amillərin ürək-damar xəstəliklərinin inkişafına uzunmüddətli təsirini qiymətləndirmək istəyiblər.

Təhlil göstərib ki, pis xolesterinin səviyyəsinin və yuxarı qan təzyiqinin artması ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Alimlərin fikrincə, iştirakçıların orta sistolik qan təzyiqi yaş artdıqca artıb, xolesterinin səviyyəsi isə 56-60 yaşlarında ən yüksək olub – bu, xəstəliyin inkişaf riski yüksək olan yaş qrupudur.//Baku.ws

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*