Koronovirus xəstələrinin karantinə alındığı bina çökdü: 10 ölübackend

Koronovirus xəstələrinin karantinə alındığı bina çökdü: 10 ölü

Çinin Fucien vilayətində çökən otel binasının dağıntıları altından 10 nəfərin meyiti çıxarılıb.

KONKRET.az xəbər verir ki, martın 7-də yerli vaxtla saat 19:30-da Çuancou şəhərində otel binasının çökməsi nəticəsində təxminən 70 nəfər dağıntılar altında qaldığı güman olunur. Hadisə yerinə gələn mülki müdafiə qüvvələri 38 nəfəri xilas ediblər. Qəzadan sonra aparılan axtarış işləri nəticəsində indiyədək 10 nəfərin meyiti tapılıb.

Koronavirusa yoluxanlarla yaxın təmasda olan şəxslərin müvəqqəti saxlanıldığı 6 mərtəbəli “Sincia” oteli 2018-ci ildə istifadəyə verilib və 80 otaqdan ibarət olub. Hazırda dağıntı altında qalanların axtarışları davam etdirilir. Otelin sahibi polis tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*