Korotçenko: “Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını pozmağa çalışır”backend

Korotçenko: "Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını pozmağa çalışır"

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasını pozmağa çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalda yazıb. O, Paşinyanın Azərbaycanla sərhədə beynəlxalq müşahidəçilər yerləşdirmək barədə fikirini şərh edib.

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasını pozmağa çalışır.

Bu gün sadəcə olaraq təmas xətti var və İrəvan “beynəlxalq müşahidəçilər”i cəlb etməklə mövcud status-kvonu, yəni Azərbaycan ərazisinin bir sıra hissələrinin Ermənistan tərəfindən davam edən işğalını davam etdirmək istəyir”, – deyə politoloq bildirib.

Xatırladaq ki, Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*