Kosovo hökuməti Serbiya ilə qarşıdurmaya səbəb olan qərarı bir ay təxirə saldıbackend

Kosovo hökuməti Serbiya ilə qarşıdurmaya səbəb olan qərarı bir ay təxirə saldı

Kosovo hökuməti ölkədə yaşayan serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kosovo hökumətindən verilən açıqlamada bildirilib.

Qeyd edək ki, yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək. Bu qadağa serb icmalarında vəziyyət daha da gərginləşib.

Serbiya prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində,”Kosovo serbləri bundan sonra heç bir zülmə dözməyəcəklər”,-deyib. Vuçiçin açıqlamalarından sonra iki ölkənin sərhəd bölgələrində hava hücumu sirenləri işə salınıb. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.

Digər tərəfdən, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonu hələ də öz ərazisi hesab edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*