Kosovodakı NATO qoşunları yüksək hazırlıq vəziyyətinə GƏTİRİLDİ – FOTObackend

Kosovodakı NATO qoşunları yüksək hazırlıq vəziyyətinə GƏTİRİLDİ - FOTO

Kosovodakı NATO qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib.

KONKRET.az xəbər verir ki, Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) hazırkı tərkibi əsasən NATO üzvləri və onların müttəfiqləri olmaqla 28 dövlətdən 3775 xarici hərbçidən ibarətdir.

Onların arasında Türkiyədən 350, Ermənistan və Ukraynadan isə 40 hərbçi var.

Məlumata görə, bağlanan “Brnyak” keçid məntəqəsi ərazisində atışma olduğu var.

Xatırladaq ki, Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir.

Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır.

Hazırda Kosovonun müstəqilliyini 97 ölkə tanıyıb. Azərbaycan Kosovonu suveren dövlət kimi tanımır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*