Putinin sözçüsü Dmitri Peskov Almaniyanın “Der Spiegel” nəşrinin Kremlin 9 May Qələbə Paradı üçün xarici media nümayəndələrinin akkreditasiyasını ləğv etməsi barədə yaydığı məlumatı təkzib edib və bunu “yalan” adlandırıb.
KONKRET.az xəbər verir ki, Peskov deyib:
“Bu, həqiqətə uyğun deyil, yalan məlumatdır”.
Onun sözlərinə görə, bu il parada xarici KİV-lərdən iştirak üçün çoxlu müraciət daxil olub. Lakin mərasimin formatı müəyyən qədər məhdudlaşdırıldığından jurnalistlərin sayı da azaldılıb.
Peskov qeyd edib ki, akkreditasiya alan və bu barədə məlumatlandırılan jurnalistlər arasında əsasən canlı yayımı təmin edən televiziya mütəxəssisləri, həmçinin prezidentin fəaliyyətini daimi işıqlandıran beynəlxalq media nümayəndələri var.
Kremlin sözçüsü əlavə edib ki, indiyədək heç bir jurnalistin akkreditasiyası ləğv edilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
