Kreml: “Qarabağ Azərbaycandır!”backend

Kreml: "Qarabağ Azərbaycandır!"

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 4-də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən açıqlama ilə çıxış edib. Qarabağın statusu ilə bağlı sualı cavablandırarkən Peskov Rusiyanın bütün müvafiq beynəlxalq sənədlərə uyğun olaraq keçmiş Azərbaycan SSR-in torpaqlarını Azərbaycan Respublikasının ərazisi kimi tanıdığını bir daha xatırladıb:

“Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç bir şey dəyişdirmədi. Sadəcə Prezident Putin  Qarabağın müstəqilliyini tanımadı. Hətta Ermənistanın özü tərəfindən Qarabağın müstəqilliyi tanınmadı”.

Peskov Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatı ilə bağlı bir sualı da cavablandırıb:

“Qarşıdurmada iki tərəf var – Ermənistan və Azərbaycan. Bunlar Rusiya tərəfi ilə birlikdə Putinin, Əliyevin və Paşinyanın məlum bəyanatını imzalayan tərəflərdir. Və bu bəyanatın müddəalarına riayət etmək üçün hərbi qüvvələrdən ibarət olmayan Rusiya humanitar missiyası bölgədə atəşkəsə nəzarət edir”.

Bununla eyni vaxtda ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Milli Assambleyası Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı Senatın qəbul etdiyi qərara bənzər bir sənəd qəbul edib. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaza” nəşrinə Rusiyanın Cənubi Qafqazda sülhü təmin etmək cəhdlərinə Fransanın niyə açıq şəkildə qarşı olduğunun səbəblərini bildirib:

“Avropa bütün Cənubi Qafqazı təsir dairəsində saxlamaq istəyir. Üstəlik, Türkiyənin bölgəyə gəlməsi Avropanı, xüsusilə də Fransanı qıcıqlandırır. Onu da nəzərə alaq ki, Fransada güclü erməni diasporu var. Fransanın siyasi elitası beynəlxalq ictimai rəyi təəccübləndirərək hələ də ermənipərəst mövqe sürdürməkdə davam edir”.

Markov onu da əlavə edib ki, “Bu, son döyüşlərdən əvvəl də özünü büruzə verdi. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin inkişafını əngəlləyən Fransa idi. Fransa əslində üçtərəfli  bəyanatı həzm edə bilmir”.

Politoloq belə hesab edir ki, Fransanın təxribatları Cənubi Qafqazdakı vəziyyətə heç bir təsiri olmayacaq. “Bu cəhdlər yalnız Fransanın Dağlıq Qarabağ münaqişəsi kimi regional problemlərin həllində konstruktiv  qüvvə ola bilmədiyini, habelə Fransanın Avropanın lideri ola bilməyəcəyini sübut etdi. Avropa mövcud razılaşmalara olduqca müsbət yanaşdı. Fransa isə faktiki olaraq anlaşmaya qarşı çıxdı və bununla da Avropanın qalan hissəsi ilə həmrəy olmadığını göstərdi”.

“Vestnik Kavkaza”, 4 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*