Kremldə yeni “böyük təmizləmə” aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Qərb agentləri Rusiyanın işğaldan əvvəl bütün hərbi planlarını öyrəndikdən sonra Putin qəzəblənib və FTX-də məsul şəxsləri cəzalandırmağa başlayıb.
Artıq 150 əməkdaş idarədən uzaqlaşdırılıb. Onların Putini Ukraynada rus qoşunlarının gül-çiçəklə gözlədiklərinə inandırdıqları hesabatlar təqdim etdikləri güman edilir.
Xuraman Etibarlı,
KONKRET.az
