Kremlin növbəti UĞURSUZLUĞU: Türkmənistan Rusiyanı RƏDD ETDİbackend

Kremlin növbəti UĞURSUZLUĞU: Türkmənistan Rusiyanı RƏDD ETDİ

Rusiyanın Türkmənistana siyasi və iqtisadi təsirini artırmaq cəhdləri nəticə vermədi. Belə ki, Rusiyanın baş naziri Mixail Mişustinin Aşqabad səfərindən sonra da tərəflər rus qazının türkmən qazı adı altında Avropa ölkələrinə satılması ilə bağlı razılığa gələ bilməyiblər. Halbuki, Türkmənistan Rusiya mavi yanacağının tranzitini təşkil etmək iqtidarında olan əsas ölkələr sırasındadır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu bildirib:

“Mişustinin səfərindən əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkmənistan rəhbəri Sərdar Berdiməhəmmədov arasında telefon danışığı olub. Aşqabada gələn nümayəndə heyətinin tərkibində enerji məsələlərinə cavabdehlik daşıyan Rusiya baş nazirinin müavini Aleksandr Novak da var. Güman edilirdi ki, tərəflər Rusiyadan 5,5 milyard kubmetr qaz almaq barədə razılığa gələ biləcəklər. Həmçinin qazın həcminin 10 milyard kubmetrə qədər genişləndirilməsi perspektivi də müzakirə olunacaq. Çünki türkmən qazı adı altında Rusiya mavi yanacağının Avropa ölkələrinə çatdırılması və satılması üçün məhz bu həcmdə mavi yanacağın istifadəsi nəzərdə tutulur. Lakin Türkmənistan bu razılaşmadan imtina edib. Birincisi, ona görə ki, Aşqabad əvvəllər Rusiya qazının öz ərazisi ilə Avropa ölkələrinə keçməsinin qarşısını alıb. İkincisi, Aşqabad ABŞ-ın köməkçi dövlətindən Avropa ölkələrinə qaz tranziti ilə bağlı iqtisadi cəhətdən daha cəlbedici təklif alıb”.

Lakin “qaz fiaskosu”na baxmayaraq, Mişustinin səfəri və bu vaxt ərzində keçirilən biznes forum zamanı Moskva Aşqabada digər müxtəlif sahələrdə əməkdaşlıq təklif etməyə çalışıb. Şimal-Cənub dəhlizinin şərq hissəsi boyunca Türkmənistan ərazisindən keçərək İran və Hindistana qədər uzanan layihələrin gerçəkləşməsi də təklif olunub. Həmçinin Xəzər dənizinin şərq sahili boyunca magistral yolun tikintisi ilə bağlı ölkələr uğursuz danışıqlar aparıblar. Baxmayaraq ki, Rusiya bu nəqliyyat əməkdaşlığı çərçivəsində Türkmənistan hakimiyyəti ilə birgə yolun yarısına qədər irəliləyib və hətta limanda Türkmənistan logistika mərkəzinin açılmasına razılıq verib. Eyni zamanda Həştərxan vilayəti və Rusiya gəmiqayırma zavodlarında iki bərə və bir quru yük gəmisi də tikir. Nəticədə Mişustinin səfəri zamanı Rusiya ilə Türkmənistan arasında yalnız baytarlıq və gömrük əməkdaşlığına dair sazişlər imzalanıb. Kənd təsərrüfatı məhsulları, türkmən toxuculuq məmulatları, yun və meyvə ticarətinin artırılması ilə bağlı razılaşma əldə edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*