“İşğal olunmuş Krım ərazisində müəmmalı partlayışlarla bağlı artan hava xəbərdarlıqları yarımadanın işğaldan azad edilməsinin başlanğıcından xəbər verir”.
KONKRET.az xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov deyib. Ekspert xatırladıb ki, bütün Ukraynada olduğu kimi Krımda da hava xəbərdarlığı daha tez-tez baş verib.
“Hətta müqayisə etdim ki, Krım hava həyəcanları ilə Ukraynaya qayıtmağa başlayır. Bütün Ukraynada həyəcan elan ediləndə, Krımda da hava həyəcanı elan edirlər. Mən görürəm ki, bu, artıq orada müntəzəm xarakter alır, bütün Krım ərazisində hər yerdə hava hücumundan müdafiə sistemi işləyir”, – deyə ekspert bildirib.
Krımda Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən dəqiq nəyin vurulduğu məlum deyil.
“Amma yerüstü partlayışlar baş verir. Bu onu deməyə əsas verir ki, hava hücumundan müdafiə ilə hər şey vurulmur”, – deyə Jdanov əlavə edib.
Xatırladaq ki, avqustun 20-də pilotsuz təyyarənin Sevastopolda Qara Dəniz Donanmasının qərargahının damına çırpıldığı iddia edilir. Toqquşma nəticəsində binanın üst hissəsi yanıb. Ölən və yaralananlar olmayıb.
Bundan əvvəl və sonra Krımın müxtəlif yerlərində də çoxsaylı partlayışlar qeydə alınıb.
UPO-nun müşaviri Aleksey Arestoviç əmin edib ki, Krıma gizli zərbələr olacaq.
Xuraman Etibarlı,
KONKRET.az
