Krımda güclü partlayış BAŞ VERDİ – VİDEObackend

Krımda güclü partlayış BAŞ VERDİ - VİDEO

Krımda güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, işğal edilmiş Krımın şimalında silah-sursat anbarında partlayış baş verdiyi barədə məlumat daxil olub. Cankoy rayonunun Mayskoye kəndindən 2 minə yaxın sakin təxliyə edilib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Mayskoye ərazisində hərbi hissələrdən birinin müvəqqəti silah-sursat anbarının ərazisində yanğın baş verdiyi barədə məlumat yayıb.

Sursat anbarında baş vermiş yanğın nəticəsində iki nəfərin xəsarət aldığı deyilir. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*