Kritik Ərdoğan-Makron görüşü BAŞA ÇATDI – DETALLAR – YENİLƏNİBbackend

Kritik Ərdoğan-Makron görüşü BAŞA ÇATDI - DETALLAR - YENİLƏNİB

R. T. Ərdoğanı görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar müşayiət edib.

KONKRET.az Ərdoğan və Makron NATO-nun qərargahında bir araya gəlib. Görüş NATO liderlərinin sammiti çərçivəsində mətbuat üçün qapalı rejimdə keçirilib.

Ərdoğanla Makronun görüşü bir az öncə başa çatıb. İki liderin NATO Sammiti çərçivəsində NATO-nun Baş Qərargahındakı görüşü mətbuata qapalı və təxminən 52 dəqiqə davam edib.

Görüşdən sonra açıqlamalar verən Makron, “Ortaq strategiyaların aydınlaşdırılmasını vurğuladım. Ərdoğana NATO müttəfiqlərinin ortaq strategiyalarını izah etmələrinin lazım olduğunu təkrar etdim”,- deyə bildirib.

NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və Əfqanıstandakı NATO missiyasının sona çatması olacaq.

***

 14:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün NATO-nun Brüsseldəki qərargahında Fransa Prezidenti Emmanuel Makron ilə görüşü başlayıb.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş NATO liderlərinin sammiti çərçivəsində mətbuat üçün qapalı rejimdə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*