KTMT baş katibi Stanislav Zas 22-24 dekabr tarixlərində Ermənistana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Səfər zamanı Zasın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.
Erməni mətbuatının məlumatına görə, görüş zamanı Zasın Paşinyana KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sentyabr sessiyasının qərarlarının icrası və Ermənistanın sədrliyi dövründə qurumun fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə fəaliyyət planı layihəsini təqdim edəcəyi gözlənilir.
