“KTMT ölü təşkilat deyil, amma Azərbaycan və Türkiyə ilə bağlı bizə kömək etməyəcək” – Koçaryanbackend

"KTMT ölü təşkilat deyil, amma Azərbaycan və Türkiyə ilə bağlı bizə kömək etməyəcək" - Koçaryan

“KTMT ölü təşkilat deyil, amma onun Azərbaycan və ya Türkiyə ilə bağlı bizə kömək edəcəyinə ümid etməyə dəyməz”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu fikri bu gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib. O deyib ki, KTMT Azərbaycan və Türkiyədən gələcək təhlükələrdən bizi qorumayacaq.

“KTMT ölü təşkilat deyil, onun maraqları üst-üstə düşən yerdə işləyir, biz bunu Qazaxıstanda gördük. Amma onun Azərbaycan və ya Türkiyə ilə bağlı bizə kömək edəcəyinə ümid etməyə dəyməz, maksimum bəzi açıqlamalar verəcəklər, vəssalam”, – deyə Koçaryan təəssüflənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*