NATO ölkələri təcili olaraq silah istehsalını və müdafiə sənayesinə investisiyaları artırmalıdır.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Politico” nəşrinə müsahibəsində deyib:
“Bugünkü döyüşlərdə mübarizə apararkən, sabah necə mübarizə aparacağımızı düşünməliyik”.
Onun fikrincə, istehsalın artırılması zəruridir, çünki bəzi ölkələr siyasi səbəblərə görə Kiyevə kifayət qədər silah satmaq istəmir.
O, qeyd edib ki, Ukraynanın xüsusilə hava hücumundan müdafiə sistemləri və tanklara ehtiyacı var. Ukrayna qeyri-daimi tərəfdaşlara daha az etibar etməlidir.
“Onlara güvənmək və onları inandırmaq üçün aylar sərf etmək əvəzinə, istehsala başlamalıyıq ki, ehtiyatları olan, lakin onları bölüşmək istəməyən üçüncü ölkələrin şıltaqlığından asılı olmayaq”, – Kuleba əlavə edib.
Qeyd edək ki, ABŞ artıq Ukraynaya 20 milyard dollardan çox hərbi yardım edib.
İqbal Rzayev,
KONKRET.az