Kuleba Blinkenlə NATO sammitini müzakirə etdibackend

Kuleba Blinkenlə NATO sammitini müzakirə etdi

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Kuleba Blinkenlə NATO-nun gələn həftə Vilnüsdə keçiriləcək sammitini müzakirə edib.

“Biz çalışırıq ki, Vilnüs sammitinin yekun qərarları Ukrayna, NATO və qlobal təhlükəsizliyin qələbəsinə çevrilsin”, – Xarici İşlər Nazirliyi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*