Kuleba tərəfdaşlarını Ukraynanı F-16 ilə silahlandırmağa ÇAĞIRDIbackend

Kuleba tərəfdaşlarını Ukraynanı F-16 ilə silahlandırmağa ÇAĞIRDI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan raket hücumuna reaksiya verib.

KONKRET.az xəbər verir ki, o, tərəfdaşları Ukraynanı F-16 qırıcıları ilə silahlandırmağa çağırıb.

Bu barədə nazir özünün “Twitter” hesabında yazıb:

“Bu şənbə Rusiya Ukraynaya növbəti raket zərbəsi endirdi. Onlar dayanmayacaq”.

Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb.

“Dünya ictimaiyyəti diqqətini ədalətli və davamlı sülhün təmin edilməsinə yönəltməlidir: Ukraynanı, o cümlədən F-16-ları səmanı bağlamaq üçün silahlandırmalı və Ukrayna sülh düsturunu həyata keçirməlidir”, – deyə nazir əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*