Külək irigövdəli ağacı yola aşırdı – Videobackend

Külək irigövdəli ağacı yola aşırdı - Video

Günorta saatlarından Cəlilabad rayonunda müşahidə olunan küləkli hava rayonda müəyyən problemlərə səbəb olub.

KONKRET.az xəbər verir ki, Cəlilabad-Göytəpə yolunda və Göytəpə şəhərində ağacları aşırıb, xüsusilə yol ətrafındakı istixanalara ciddi ziyan vurub.

İrigövdəli ağacların yolun hərəkət hissəsini düşməsi ilə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları da cəlb olunub və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Hazırda cənub bölgəsində güclü külək davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*