Kürdəmirdə avtomobil anidən yandı – FOTOLARbackend

Kürdəmirdə avtomobil anidən yandı - FOTOLAR

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Binyamin Niyazi oğlu Əzizzadəyə məxsus “Mercedes-Benz” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.//Report

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*