Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən “Toyota” markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb.
Maşının içərisində meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviç olduğu bildirilir. Meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.



